Salyanda bir aydır itkin düşmüş kişinin meyiti tapılıb

19:32 - 6 İyul 2020 - HADİSƏ

Kür çayının Salyan rayon ərazisində yerləşən meşə zolağında kişi meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Tapılan meyitin şəxsiyyəti müəyyənləşdirilib. Bu şəxs bir ay əvvəl itkin düşmüş Beştalı kənd sakini, 1979-cu il təvəllüdlü Aqil Quliyevdir. Məlum olub ki, o, təxminən 28 gün əvvəl intihar edib.

Hazırda Salyan rayon prokurorluğu tərəfindən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.
İntiharın səbəbləri araşdırılır.

Xəbər xətti