Nəsimi rayonunda içməli suyun verilməsi dayandırılıb

14:59 - 6 İyul 2020 - Xəbər

Bakı şəhəri Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 06 iyul 2020-ci il tarixində Nəsimi rayonunun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb.

 "Azərsu" ASC-dən verilən məlumata görə, gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti