Məhkəmə jurnalistləri təhqir edən şəxslə bağlı qərar verdi

14:44 - 6 İyul 2020 - Xəbər

Sərt karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən, görüntüləri yayıldıqdan sonra isə jurnalistlərə qarşı təhqirlər səsləndirən İsmayıl Babayev barədə qərar verilib.

Səbail Rayon Məhkəməsi tərəfindən İ.Babayev barəsində 20 sutka inzibati həbs qərarı verilib. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti məlumatı saytımıza təsdiqləyib.

Qeyd edək ki, ötən gün İsmayıl Babayev “Fairmont Baku” hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.///oxu.az

Xəbər xətti