Mirşahin Ağayev koronavirusa yoluxdu

12:39 - 6 İyul 2020 - Xəbər

REAL televiziyasının rəhbəri, jurnalist Mirşahin Ağayev koronavirusa yoluxub.

 3 gün əvvəl virusa yoluxan telekanal rəhbəri artıq "Yeni Klinika"ya yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxs olduğu bildirilir. Məlumata görə, M. Ağayevin ailə üzvlərindən də koronavirusa yoluxma faktı aşkarlanıb. Onun ailə üzvləri nəzarətə götürülüb.

Xəbər xətti