Azərbaycanda 2 polis zabiti koronavirusdan vəfat etdi

10:33 - 6 İyul 2020 - Xəbər

Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.

Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib. Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Xəbər xətti