Bakıda 5 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı

09:43 - 6 İyul 2020 - HADİSƏ

Bakıda azyaşlı ehtiyatsızlıqdan 5-ci mərtəbədən yıxılıb.

Məlumata görə, hadisə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib.

Həmin küçədəki binalardan birinin 5-ci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb. Kəllə beyin travması alan uşaq xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.///trend

 

Xəbər xətti