Polis karantin rejimini pozan 6 nəfəri saxladı- 1-i həbs olundu, 5-i cərimələndi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 6 nəfər saxlanılıb. Onlardan 5 nəfərinə protokollar tərtib olunaraq cərimə ediliblər, restoran sahibi olan 1 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Bundan əlavə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində işləyən 4 nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etdmədiyi aşkar edilmiş və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar. Bu istiqamətdə tədbirlər elan olunmuş karantin rejimi dövründə mütəmadi olaraq davam etdiriləcək.

Tarix
5 İyul 2020 [15:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-05 15:30:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin