Türkiyədə koronavirus qurbanlarının sayı 5,2 mini ötdü

Bu gün Türkiyədə daha 20 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 206 nəfərə çatıb. Son gün ərzində COVID-19-a 1 154 nəfər yoluxub. Bununla da qonşu ölkədə koronavirus xəstələrinin ümumi sayı 204 610 nəfərə çatıb.

Nazirin sözlərinə görə, ötən gün virusa yoluxmuş 1 214 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə ümumilikdə 179 492 pasiyent sağalıb.  

Tarix
4 İyul 2020 [22:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-04 22:17:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin