Bakıda güclü yanğın- VİDEO (YENİLƏNİB)

21:45 - 4 İyul 2020 - HADİSƏ

Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğın zamanı 5 partlayış qeydə alınıb.

“Report”un məlumatına görə, partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.
Qeyd edilir ki, daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Hazırda əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib. İlkin məlumata görə, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.

20:38

Bakıda güclü yanğın hadisəsi baş verib

Ucnoqta.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğın "Sobsan" boya zavodunda baş verib.

Xəbər xətti