Baş redaktor koronavirusdan sağaldı

19:11 - 3 İyul 2020 - Xəbər

"Kaspi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev COVID-19 infeksiyasından sağalıb.

Baş redaktor sosial şəbəkə hesabında koronavirusdan sağalaraq evə buraxıldığını bildirib:
“Əziz dostlar! Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq! 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm! Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm! Özünüzü qoruyun!”

Qeyd edək ki, İlham Quliyev iyunun 22-də ailə üzvləri ilə birlikdə koronavirusa yoluxduğunu bildirmişdi.

Xəbər xətti