Bakıda DYP postları yenidən fəaliyyətə başladı -VİDEO

Dövlət Yol Polisi (DYP) Bakı şəhərinin müxtəlif küçə və prospektlərində sürücü və sərnişinlərin yoxlamasını həyata keçirir.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, xüsusi karantin rejiminin tələblərində nəzərdə tutulmuş müvafiq icazələrinin olub-olmamasına nəzarət etmək məqsədilə hərəkət iştirakçılarının – sürücülərin və sərnişinlərin sənədləri yoxlanılır.
Müvafiq icazəsi olmayan hərəkət iştirakçıları qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Qeyd edək ki, Bakı şəhərinə giriş-çıxış postları istisna olmaqla digər postlar iyul ayının 2-dən ləğv edilmişdi.
Daxili İşlər Nazirliyindən bildirilirdi ki, buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

Tarix
3 İyul 2020 [18:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-03 18:48:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin