FHN obyektlərdə xüsus dezinfeksiya işlərinə başladı - FOTO

11:54 - 3 İyul 2020 - Xəbər

Fövqəladə Hallar Nazirliyi koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən dezinfeksiya tədbirləri davam etdirilir, müxtəlif məkanlar xüsusi məhlulla dezinfeksiya edilir.

Dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması nəzərdə tutulur.///trend

 


Xəbər xətti