Roy Kinin Azərbaycan yığmasına təyinatı baş tutmaya bilər

Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olan Roy Kinin təyinatı baş tutmaya bilər.

Məlumata görə, bu barədə "İndependent" nəşri yazıb.

Bildirilir ki, AFFA ilə danışıqları davam etdirən irlandiyalı mütəxəssis qarşı tərəfin qoyduğu bir şərtlə razı deyil və bu məqam onun millimizin sükanı arxasına keçmək həvəsini soyuda bilər. Məsələ burasındadır ki, maliyyə və digər məsələlərə müsbət cavab verən 49 yaşlı çalışdırıcı Azərbaycanda yaşamaq tələbi ilə razılaşmaq istəmir.

Qeyd edək ki, AFFA bir neçə gün əvvəl Roy Kinlə danışıq aparıldığını təsdiqləyib.///Apa

Tarix
3 İyul 2020 [10:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-03 10:27:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin