Bakıda maskalı şəxs bıçaqla mənzilə basqın etdi

10:06 - 3 İyul 2020 - HADİSƏ

Bakıda mənzilə basqın olub.

Məlumata görə, iyulun 1-də Binəqədi rayonu ərazisində baş verib.

Rayon sakini, 1977-ci il təvəllüdlü V. Kubryanov ərizə ilə polisə müraciət edərək səhər saatlarında naməlum şəxsin maskalı vəziyyətdə onun mənzilinə daxil olaraq, ona bıçaqla hədə-qorxu gəlib televizor və digər məişət əşyalarını quldurluq yolu ilə taladığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci təvəllüdlü Mayis Abbasov saxlanıb.

Faktla bağlı araşdırma aparılır.///trend

 

Xəbər xətti