Göyçayda iki avtomobil toqquşub- xəsarət alan var

21:03 - 2 İyul 2020 - HADİSƏ

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Göyçay şəhərinin Nizami küçəsində "Mercedes" və "Lada" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Mercedes" yoldan çıxaraq hasara çarpılıb. Hadisə zamanı sərnişin, Qarayazı kənd sakini, 1961-ci il təvəllüdlü Mustafayeva Kainat Əzim qızı xəsarətlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.///report

Xəbər xətti