Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

13:58 - 2 İyul 2020 - HADİSƏ

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə rayondakı Bayraq Meydanının yaxınlığında qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı minik maşını digər minik avtomobili ilə toqquşub. Qəza zamanı 2 nəfər - 1998-ci il təvəllüdlü Kəpəz Göyüşov və 2000-ci il təvəllüdlü Aydın Yusibov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti