Azercell yeni 4G MiFi kampaniyasına başlayıb

15:30 - 2 İyul 2020 - Xəbər

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC  internet istifadəçilərini sevindirərək növbəti kampaniyaya başlayır. Kampaniya çərçivəsində müştərilər cəmi 119 AZN ödəməklə 4G MİFİ cihazına, pulsuz Data tarifində olan Fakturasız Xətt nömrəyə və 3 ay boyunca 10 GB həcmində internetə sahib olur.

 4G MiFi cihazları eyni zamanda 10 istifadəçiyə uzunmüddətli işləmək imkanı, sabit siqnal və sürətli internetdən yararlanmaq  imkanı təqdim edir.

Kampaniya yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub.  Cihazların sayı məhdud olduğundan bu fürsətdən faydalanmağa tələsin!

Kampaniya haqqında ətraflı məlumat üçün:  https://www.azercell.com/az/personal/devices/4Gmificihazi/ səhifəsinə daxil olun.

Xəbər xətti