Kürdəmirdə avtomobil traktorla toqquşub, bir nəfər yaralanıb -Foto

09:47 - 2 İyul 2020 - HADİSƏ

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə allnıb.

Belə ki, 28 yaşlı Şamilov Qismət Sarıbala oğlunun idarə etdiyi VAZ 21 012 markalı avtomobil əks istiqamətdə hərəkətdə olan, 23 yaşlı Səlimov Niyaməddin Şahid oğlunun idarə etdiyi qoşqulu traktorla toqquşub.

Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə minik avtomobilinin sərnişini 25 yaşlı Şamilov Kahin Zəhram oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.///report

 


Xəbər xətti