Qəbələdə qardaş qardaşı güllələyib

17:29 - 1 İyul 2020 - HADİSƏ

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A. Rəhimov ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. ///Apa

Xəbər xətti