Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

16:22 - 1 İyul 2020 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

 Sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilib:

polis general-leytenantı ali xüsusi rütbəsi
polis general-mayoru Seyfulla Səttar oğlu Əzimova

polis general-mayoru ali xüsusi rütbəsi
polis polkovniki Teymur Kamil oğlu Hacıyevə

polis polkovniki Nurullah Abdulla oğlu Məmmədxanlıya.

 

Xəbər xətti