Salyanda “Toyota” aşdı- sürücü ölüb

12:02 - 1 İyul 2020 - HADİSƏ

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücü ölüb.

Hadisə ötən gecə Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ruslan Tofiq oğlu Abdullayevin idarə etdiyi “Toyota” markalı, 90-BK-939 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə, sürücü hadisə yerində ölüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən R.Abdullayev Salyanda fermer fəaliyyəti ilə məşğul olub. O, ferma işlədirmiş. ///Apa

Xəbər xətti