“Aİ 95”in qiyməti qalxdı

10:40 - 1 İyul 2020 - Xəbər

Bu gündən Azərbaycanda “Aİ 95” premium markalı benzinin qiyməti artıb. 

Qiymət 10 qəpik qalxıb və hazırda 1 manat 20 qəpik təşkil edir.
Qeyd edilir ki, bu markalı benzin idxal olunduğundan, qiymət artımı dünya bazarındakı dəyişikliklə əlaqədardır.

Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.///qafqazinfo

Xəbər xətti