Önə çıx, həyat xilas et!

21:27 - 30 İyun 2020 - Leykoz

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib

Ucnoqta.az xəbər verir ki, müraciətdə bildirilir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması, talassemiya, hemofiliya, leykoz eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatını artırıb.
Bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir.
Qan Bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb.

Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et!

Xəbər xətti