Türkiyədə son sutkada 16 nəfər koronavirusdan dünyasını dəyişib

21:19 - 30 İyun 2020 - DÜNYA

Türkiyədə son sutka ərzində koronavirusdan 16 (dünən 18) nəfər dünyasını dəyişib, 1293 (dünən 1 374) nəfərdə virus aşkarlanıb.

Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 5 131, yoluxma faktı 199 min 906 nəfər olub. Gün ərzində 1 302 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 173 min 111-ə çatıb.

Son 24 saatda 50 min 492 test edilib.///qafqazinfo

Xəbər xətti