Yaqut Qarayeva: "Sərt karantin rejimi olmasaydı, ..."

19:50 - 30 İyun 2020 - Xəbər

Hazırda tətbiq olunan sərt karantin rejimi öz nəticəsini verir. Belə ki, ölkəmizdə COVID-19-a yoluxma sayı stabilləşib.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
“Düzdür gündəlik yoluxma sayı 500-dən çoxdur. Lakin yoluxma hallarının ikiqat artımı ola bilərdi ki, sərt karantin rejimi nəticəsində bu, baş vermir. Bu da bizə imkan verir ki, biz müalicə müəssisələrində çarpayı fondunu doğru istifadə edək və xəstələrə normal tibbi xidmət göstərə bilək. Bu, bizim üçün çox önəmlidir”, - deyə Y.Qarayeva qeyd edib.

TƏBİB-in şöbə müdiri şadlıq saraylarında xəstələrin yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Hazırda heç bir halda koronaviruslu xəstə tibb müəssisəsindən kənarda müalicə olunmur. Sadəcə olaraq, Atletlər Kəndi karantin müəssisəsi olaraq istifadə edilir. Orada bəzi xəstələrin qəbul olunması və müayinə nəticəsində çeşidlənməsi həyata keçirilir. Bundan başqa, xəstələrin səhiyyə müəssisələrindən kənarda müalicəsi aparılmır”.///AzərTAC

Xəbər xətti