Koronavirus testlərinin cavablarının gecikmə səbəbi AÇIQLANDI

18:39 - 30 İyun 2020 - Xəbər

“Testlərlə bağlı 23 laboratoriya fəaliyyət göstərir və bu imkanların artırılması gözlənilir”. 

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, ölkəyə yeni test və avadanlıqların gətirilməsi gözlənilir:

“Test cavablarının gecikməsi yoluxanların sayının artması ilə bağlıdır. Xahiş edirik, insanlar bu məsələdə anlayışlı olsunlar”.///oxu.az

Xəbər xətti