Ana səhifə
19 Noyabr 2018

Məşhur təşkilatçı restoranda yeyib-içdi, hesabı ödəmədi - Şok olay!

Azərbaycanda yerli və xarici müğənnilərin, əsasən də türk müğənnilərin konsertlərini təşkil edən məşhur prodüser və təşkilatçı Nahid Emiloğlu Bakıdakı restoranların birində yeyib-içdikdən sonra, hesabı ödəmədən restoranı tərk edib.

 

Restoranın sahibi Bəxtiyar Vəliyevin Ucnoqta.aza bildirdiyinə görə, məşhur təşkilatçı-prodüser ona məxsus olan, Bakı Dairəvi Yolunda yerləşən “Qəbələ-Botanika” restoranında 3 nəfərlə birlikdə yeyib-içib, daha sonra 167 AZN-lik hesabı ödəmədən restoranı tərk edib. O bildirib ki, hesabı sonra ödəyəcək. Amma bundan xeyli vaxt keçməsinə baxmayaraq təşkilatçı hər dəfə müxtəlif  bəhanələrlə hesabı ödəməkdən boyun qaçırıb. Restoran sahibinin bildirdiyinə görə pulu vermək istəməyən Nahid Emiloğlu artıq onların zənglərinə də cavab vermir.

 

Qeyd edək ki, məsələyə münasibətini öyrənmək üçün Nahid Emiloğluna zəng vursaq da o, zəngimizə cavab vermədi.

Tarix
13 Oktyabr 2014 [19:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin