Nazirlər Kabineti Dövlət Gerbi ilə bağlı yeni qayda təsdiq etdi

Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydasını təsdiq edib.

Məlumata görə, bu qaydaya əsasən, Dövlət Gerbinin qabarıq təsviri, ölçüsündən asılı olmayaraq, onun Azərbaycanın 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri”nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

Dövlət Gerbinin qabarıq təsvirindən istifadə hüququ olan subyektlərin sifarişi əsasında hazırlanır.

Dövlət Gerbinin qabarıq təsvirinin hazırlandığı materiallara dair tələblər müvafiq dövlət standartları ilə müəyyən edilir. Dövlət Gerbinin qabarıq təsviri vurulacağı yerdən və ya istifadə məqsədindən asılı olaraq müxtəlif ölçülərdə ola bilər.

Dövlət Gerbi hazırlanan zaman təhrifə yol verilməməsi məqsədilə alovun qırmızı rənginin “Panton” rənglər kataloqunun “Pantone Red 032C” rəng koduna, palıd budaqlarının yaşıl rənginin “Pantone 7729C” rəng koduna, sünbüllərin sarı rənginin “Pantone 7548C” rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin “Pantone 111C” rəng koduna uyğunluğu təmin edilir.

Dövlət Gerbinin qabarıq təsviri Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclas salonunda və Azərbaycan Respublikasının bütün məhkəmələrinin iclas salonunda sədrlik edənin arxasında divardan vurulur./trend

 

Tarix: 9 Noyabr 2019 / 11:03
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Sürücülərə ŞAD XƏBƏR: Mobil etibarnamə istifadəyə verilir

Prezident iki rayonun icra başçısını vəzifədən azad etdi- SƏRƏNCAM

Ronaldo “Yuventus”dan gedir

Xalq artisti villasını satışa çıxardı: 3 milyona- VİDEO

Millimizin düşərgəsində DAVA - Şeydayevlə Eddi üz-üzə gəldi

Van Damm Azərbaycana - Təşəkkür etdi

Bakıda yaşlı qadına kömək edən şəxs onun pulunu oğurladı

Sabahın havası- Bakıya yağış, rayonlara qar yağacaq

Maradona klubdan qovuldu

Bəhram Bağırzadənin elə görüntüləri üzə çıxdı ki... - FOTO

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var

Ov itləri hamilə qadını öldürdü

Əhalinin gəlirləri açıqlandı – 46.7 milyard manat

Azərbaycanda boşananların sayı artıb - RƏSMİ

Şəmkirdə transformator yanıb

Göyçayda tələbəni maşın vurub

Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

Azərbaycanda polis əməkdaşı bıçaqlanıb

Menyular

Bağla