Dövlətə xəyanətdə təqsirləndirilən separatçı Fəxrəddin Abbasovun məhkəməsi başlayır

Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açqılanmayıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

Bildirilib ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.

Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb edilib.

Məlumatda qeyd edilib ki, hazırda Azərbaycan Respblikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir./report

 

Tarix: 9 Noyabr 2019 / 10:53
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Sürücülərə ŞAD XƏBƏR: Mobil etibarnamə istifadəyə verilir

Prezident iki rayonun icra başçısını vəzifədən azad etdi- SƏRƏNCAM

Ronaldo “Yuventus”dan gedir

Xalq artisti villasını satışa çıxardı: 3 milyona- VİDEO

Millimizin düşərgəsində DAVA - Şeydayevlə Eddi üz-üzə gəldi

Van Damm Azərbaycana - Təşəkkür etdi

Bakıda yaşlı qadına kömək edən şəxs onun pulunu oğurladı

Sabahın havası- Bakıya yağış, rayonlara qar yağacaq

Maradona klubdan qovuldu

Bəhram Bağırzadənin elə görüntüləri üzə çıxdı ki... - FOTO

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var

Ov itləri hamilə qadını öldürdü

Əhalinin gəlirləri açıqlandı – 46.7 milyard manat

Azərbaycanda boşananların sayı artıb - RƏSMİ

Şəmkirdə transformator yanıb

Göyçayda tələbəni maşın vurub

Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

Azərbaycanda polis əməkdaşı bıçaqlanıb

Menyular

Bağla