Cəlilabad xəstəxanasında doğuş zamanı körpə ölüb

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında körpə ölümü baş verib.

Körpə ölümü günorta saatlarında qeydə alınıb. Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Namiq qızı Kərimova dünən gecə saat 4 radələrində doğuş vəziyyəti ilə bağlı olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Doğum şöbəsinə yerləşdirilən hamilə qadının həyat yoldaşı Elnur İbrahimlinin dediklərinə görə, A.Kərimovanın doğuş sancılarının başlaması üçün müəyyən prosedurlar görülüb və təbii doğuşa hazırlıq aparılıb. Günorta saat 2 radələrində isə qeysəriyyə əməliyyatı edilməsinə qərar verilsə də, sonradan hamilə qadın yenidən təbii doğuş otağına köçürülüb. Təxminən 1 saatdan sonra isə uşağın ölməsi ilə bağlı məlumat verilib.

Ölən körpənin valideyni bədbəxt hadisənin baş verməsində, o cümlədən əməliyyata çox gec başlanıldığına görə xəstəxananın həkimlərini günahlandırıb. Xəstəxanadan isə ilkin məlumat olaraq öyrəndik ki, cift böyük ölçüdə olduğundan körpə ölü doğulub.
Körpənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Cəlilabad şəhər şöbəsinə təhvil verilib.

E.İbrahimli hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı artıq araşdırmalara başlanılıb./Apa

Tarix: 8 Noyabr 2019 / 21:31
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Sürücülərə ŞAD XƏBƏR: Mobil etibarnamə istifadəyə verilir

Prezident iki rayonun icra başçısını vəzifədən azad etdi- SƏRƏNCAM

Ronaldo “Yuventus”dan gedir

Xalq artisti villasını satışa çıxardı: 3 milyona- VİDEO

Millimizin düşərgəsində DAVA - Şeydayevlə Eddi üz-üzə gəldi

Van Damm Azərbaycana - Təşəkkür etdi

Bakıda yaşlı qadına kömək edən şəxs onun pulunu oğurladı

Sabahın havası- Bakıya yağış, rayonlara qar yağacaq

Maradona klubdan qovuldu

Bəhram Bağırzadənin elə görüntüləri üzə çıxdı ki... - FOTO

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var

Ov itləri hamilə qadını öldürdü

Əhalinin gəlirləri açıqlandı – 46.7 milyard manat

Azərbaycanda boşananların sayı artıb - RƏSMİ

Şəmkirdə transformator yanıb

Göyçayda tələbəni maşın vurub

Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

Azərbaycanda polis əməkdaşı bıçaqlanıb

Menyular

Bağla