Maye qazın qiyməti BAHALAŞIB

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) yaranan maye qaz (LPG) qıtlığı aradan qaldırılır, artıq “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub.

Bu barədə “APA-Economics”ə “Azpetrol” şirkətindən məlumat verilib. Şirkətdən bildirilib ki, maye qazın satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb. “Qiymət təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun bizə satdığı qiymət əsasında formalaşıb”, - deyə “Azpetrol”dan bildirilib. 

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir.

“Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər", - deyə İ. Əhmədov qeyd edib.

“Məişət Maye Qaz” QSC-dən isə bildirilib ki, qiymət artımı zavodun təmirə dayanması və bu müddət ərzində maye qazın ölkəyə idxal edilməsi ilə əlaqədardır: “Zavodda təmir işləri artıq başa çatdırılıb. Yaxın zamanlarda LPG-nin köhnə qiymətlə satışı bərpa olunacaq”.

“SOCAR Petroleum” şirkətindən isə bildirilib ki, sözügedən zavodda təmir gedən müddətdə SOCAR YDM-lərində maye qaz satılmayıb: “Hazırda “Məişət Maye Qaz”dan maye qazın tədarükünü gözləyirik”.

Tarix: 8 Noyabr 2019 / 19:45
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

“Lavrov İrəvana niyə getmişdi?"- Politoloq

Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan AÇIQLAMA

Metronun iki stansiyasının adı dəyişdiriləcək

XİN Sergey Lavrovun Ermənistandakı açıqlamasına münasibət bildirib

Mirşahin Əli İnsanovun oğurladığı qızılları və milyonları göstərdi - VİDEO

Qışda dondurma yeməyin FAYDALARI

Röya əməliyyatla bədənini yığdırdı

Bu qəzadır, yoxsa qətl? - VİDEO

Xətai rayonuna icra başçısı təyin olundu - Sərəncam

İspaniya Superkubokunun püşkü atılıb

“Taksi” avtodayanacaqda 5 maşına çırpıldı: 2 nəfər xəsarət alıb - VİDEO

Günay Musayeva Nyu-York küçələrini podiuma çevirdi - FOTO

Hava şəraitinin dəyişiləcəyi ilə bağlı XƏBƏRDARLIQ

Bir ailənin yox olması və 7 nəfərin də yaralanması ilə nəticələnən qəzanınVİDEOsu

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatıb - SİYAHI

Prezident İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər -Foto

Sabirabadda qoyun oğruları saxlanılıb

Toy karvanında havaya atəş açan gənc saxlanıldı

Menyular

Bağla