Məktəbli qızın qətlə yetirildiyi iddia olunan videogörüntüləri yayan şəxs saxlanılıb- Rəsmi

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur. Belə ki, cari il oktyabrın 8-də Gəncə şəhərində şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilib.
Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək. 

Tarix: 8 Noyabr 2019 / 19:34
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Sürücülərə ŞAD XƏBƏR: Mobil etibarnamə istifadəyə verilir

Prezident iki rayonun icra başçısını vəzifədən azad etdi- SƏRƏNCAM

Ronaldo “Yuventus”dan gedir

Xalq artisti villasını satışa çıxardı: 3 milyona- VİDEO

Millimizin düşərgəsində DAVA - Şeydayevlə Eddi üz-üzə gəldi

Van Damm Azərbaycana - Təşəkkür etdi

Bakıda yaşlı qadına kömək edən şəxs onun pulunu oğurladı

Sabahın havası- Bakıya yağış, rayonlara qar yağacaq

Maradona klubdan qovuldu

Bəhram Bağırzadənin elə görüntüləri üzə çıxdı ki... - FOTO

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var

Ov itləri hamilə qadını öldürdü

Əhalinin gəlirləri açıqlandı – 46.7 milyard manat

Azərbaycanda boşananların sayı artıb - RƏSMİ

Şəmkirdə transformator yanıb

Göyçayda tələbəni maşın vurub

Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

Azərbaycanda polis əməkdaşı bıçaqlanıb

Menyular

Bağla