"Qarabağ" iki matçda qələbə qazansa belə, qrupdan çıxmaya bilər

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-ə uduzan "Qarabağ" növbəti mərhələyə yüksəlmək şansını azaldıb.

Komanda qalan iki matçda qələbə qazansa belə, qrupdan çıxmaya bilər. Bakıda heç-heçə edib, öz meydanında qələbə qazanan APOEL şəxsi görüşlərdə üstündü və yekunda xallar bərabər olsa, Kipr klubu 1/16 finala çıxacaq.

4 turdan sonra 12 xal yığan "Sevilya" təkcə növbəti mərhələni yox, qrup liderliyini də təmin edib. "Qarabağ"la APOEL-in 4 xalı var - öz aralarındakı oyunlara görə Nikosiya təmsilçisi 2-cidi. 3 xalla sonuncu yerdə qərarlaşan "Düdelanj"ın da növbəti mərhələ şansı qalır.
Komandaların real gücünü və qrupdakı mövcud durumu nəzərə alsaq, "Qarabağ" hansı hallarda 1/16 finala yüksələ bilər? İlk növbədə onu qeyd edək ki, bu, o qədər də yüksək ehtimal deyil və sürprizlər sayəsində reallaşa bilər.

APOEL-in "Düdelanj"la səfər, "Sevilya" ilə ev oyunu qalıb. "Qarabağ" isə İspaniyaya səfər edəcək, lüksemburqlularla öz meydanında qarşılaşacaq.
Əgər növbəti tur "atlılar" Sevilyadan xalla dönə bilməsə, APOEL "Düdelanj"ı məğlub etməklə mərhələ adlayacaq. Azərbaycan təmsilçisi İspaniyada ən azı 1 xal əldə etsə, Kipr klubu səfərdə qələbə qazansa belə, ikinci pillənin sahibi son turda müəyyənləşəcək.

Hazırda qrupda bir çox şey "Sevilya"nın qalan oyunlara necə yanaşmasından asılıdır. Növbəti mərhələyə vəsiqə problemini həll edən əndəlusiyalıların növbəti matçlara ciddi yanaşmayacağı güman edilir. Belədə, "Qarabağ"ın səfərdə, APOEL-in evdə bu komandadan xal alması inandırıcıdır. Bu isə o anlama gəlir ki, təmsilçimiz üçün "Düdelanj" - APOEL görüşü xüsusi əhəmiyyətə malikdi. Artıq bu mövsüm bir dəfə sürprizə imza atıb, səfərdə kiprliləri məğlub edən "cırtdan ölkə" təmsilçisi öz meydanında da ən azı uduzmamalıdır. Lüksemburqda heç-heçə qeydə alınsa, "Qarabağ" da öz növbəsində Sevilyadan xalla qayıda bilsə, Bakıda "Düdelanj"ı məğlub etməklə mərhələ keçmək olar. Bunun üçün "Sevilya"nın da səfərdə APOEL-ə uduzmaması lazımdır. İspaniyadan xalsız qayıtmaqla da qrupdan çıxmaq olar. Bunun üçün yenə "Düdelanj" öz meydanında APOEL-ə uduzmamalı, "Sevilya" son turda Kiprdə qalib gəlməli, "Qarabağ" isə Lüksemburq klubunu məğlub etməlidir.

"Qarabağ" üçün ən yaxşı ssenari isə bir qədər fantastik görünür. Komanda səfərdə "Sevilya"nı məğlub edə bilsə, 1/16 final mübarizəsində favoritə çevriləcək. Bu halda hətta APOEL-in "Düdelanj"ı məğlub etməsi də bizi qorxutmamalıdır. Son turda "Qarabağ" özü Lüksemburq klubunu məğlub edib, "Sevilya"nın Kiprdə uduzmamasını gözləməlidir.
/Futbolpress

Tarix: 8 Noyabr 2019 / 17:16
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

“Lavrov İrəvana niyə getmişdi?"- Politoloq

Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan AÇIQLAMA

Metronun iki stansiyasının adı dəyişdiriləcək

XİN Sergey Lavrovun Ermənistandakı açıqlamasına münasibət bildirib

Mirşahin Əli İnsanovun oğurladığı qızılları və milyonları göstərdi - VİDEO

Qışda dondurma yeməyin FAYDALARI

Röya əməliyyatla bədənini yığdırdı

Bu qəzadır, yoxsa qətl? - VİDEO

Xətai rayonuna icra başçısı təyin olundu - Sərəncam

İspaniya Superkubokunun püşkü atılıb

“Taksi” avtodayanacaqda 5 maşına çırpıldı: 2 nəfər xəsarət alıb - VİDEO

Günay Musayeva Nyu-York küçələrini podiuma çevirdi - FOTO

Hava şəraitinin dəyişiləcəyi ilə bağlı XƏBƏRDARLIQ

Bir ailənin yox olması və 7 nəfərin də yaralanması ilə nəticələnən qəzanınVİDEOsu

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatıb - SİYAHI

Prezident İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər -Foto

Sabirabadda qoyun oğruları saxlanılıb

Toy karvanında havaya atəş açan gənc saxlanıldı

Menyular

Bağla