Xəstəxananın 5-ci mərtəbəsindən özünü atan xəstə ilə bağlı RƏSMİ AÇIQLAMA

Respublika Diaqnostika Mərkəzi noyabrın 7-də özünü həmin müəssisənin 5-ci mərtəbəsinin pəncərəsindən yerə atan xəstə İlkin Gülməmmədovla bağlı məlumat yayıb.

Ucnoqta.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, dünyada aparılan ciddi statistika araşdırmalara görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 21%-də intihar cəhdləri qeydə alınır. Dünya üzrə xəstəxanalarda baş verən intihar halları isə 6,1% təşkil edir:

"Qeyd etmək istəyirik ki, böyrəkköçürmə əməliyyatından əvvəl hər bir xəstə və donoru psixiatr müayinəsindən mütləq şəkildə keçir. Martın 1-də müayinə olunmaq üçün Respublika Diaqnostika Mərkəzinə müraciət edən 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu da bütün zəruri müayinələrdən, həmçinin psixiatr baxışından keçib. Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Oktyabrın 5-i normal vəziyyətdə evə yazılıb. Xəstənin əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilmişdir".

Mərkəzin məlumatında qeyd edilib ki, xəstə aldığı immunsupressiv (immunitet sisteminin zəifliyi) müalicə ilə bağlı bir sıra narahatlıqlar yaşadığından yenidən müayinə olunması üçün oktyabrın 9-da xəstəxanaya yerləşdirilib. Həmin tarixdən noyabrın 7-nə kimi aparılan müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstənin laborator göstəriciləri və əməliyyatdan sonra köçürülmüş böyrəyinin vəziyyəti normal və qənaətbəxş idi. O, xəstəxanada müalicədə olduğu müddət ərzində, həmçinin intihar hadisəsinin baş verdiyi gün də ailə üzvləri ilə görüşüb. Onun yaxın günlərdə evə yazılması planlaşdırılırdı.

Xatırladaq ki, İlkin Gülməmmədov noyabrın 7-də müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Tarix: 8 Noyabr 2019 / 11:26
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

“Lavrov İrəvana niyə getmişdi?"- Politoloq

Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan AÇIQLAMA

Metronun iki stansiyasının adı dəyişdiriləcək

XİN Sergey Lavrovun Ermənistandakı açıqlamasına münasibət bildirib

Mirşahin Əli İnsanovun oğurladığı qızılları və milyonları göstərdi - VİDEO

Qışda dondurma yeməyin FAYDALARI

Röya əməliyyatla bədənini yığdırdı

Bu qəzadır, yoxsa qətl? - VİDEO

Xətai rayonuna icra başçısı təyin olundu - Sərəncam

İspaniya Superkubokunun püşkü atılıb

“Taksi” avtodayanacaqda 5 maşına çırpıldı: 2 nəfər xəsarət alıb - VİDEO

Günay Musayeva Nyu-York küçələrini podiuma çevirdi - FOTO

Hava şəraitinin dəyişiləcəyi ilə bağlı XƏBƏRDARLIQ

Bir ailənin yox olması və 7 nəfərin də yaralanması ilə nəticələnən qəzanınVİDEOsu

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatıb - SİYAHI

Prezident İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər -Foto

Sabirabadda qoyun oğruları saxlanılıb

Toy karvanında havaya atəş açan gənc saxlanıldı

Menyular

Bağla