Bakı metrosunda ikimərtəbəli metro stansiyası olacaq

“Bakı metrosunda Moskvada olduğu kimi, ikimərtəbəli metro stansiyası olacaq”.

Ucnoqta.az xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib. Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq: “Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq.

Artıq “Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmişik və tikintini davam etdiririk. Həmçinin “Mavi xətt”in tikintisinə başlayanda “Bənövşəyi xətt”in “B-3” stansiyası, bundan əlavə Sarı xətti tikəndə “B-4” stansiyasında da ikimərtəbəli stansiyalar olacaq”.

“Bakı Metropoliteni” rəsmisi Bakıətrafı ərazilərə estakada üzərində quraşdırılan stansiyaların tikintisinin mümkün olduğunu açıqlayıb: “Əgər siz Dubaydakı kimi estakada üzərində olan stansiyaları nəzərdə tutursunuzsa, onu deyim ki, biz Sumqayıt, Şıxov, Ələt istiqamətinə metro çəkmək istəsək bu formada edə bilərik. Çünki həmin yerlərdə Bakı şəhərində olduğu kimi sıxlıq yoxdur.

Həm də bizim metro o qədər də böyük deyil. Şəhərin indiki planına görə, cənab Prezidentin təsdiqlədiyi “Konseptual İnkişaf Sxemi”nə əsasən, biz bu stansiyaların sayını 75-ə çatdırmalıyıq. Biz stansiyaların sayını 75-ə çatdırana qədər şəhər genişlənəcək. Hazırda şəhərin Pirallahı, Mərdəkan və Cənub istiqamətində genişlənməsi gedir.

Biz nümunəni Moskvadan götürməliyik. Orada ildə 10-12 stansiya tikirlər. İlk olaraq stansiya tikilir sonra onun ətrafında mikrorayonlar salınır. Metro olan yerdə evi tikib satmaq daha asan olur. Amma təəssüf olsun ki, bizdə bu metod işləmir. Hərə torpaq sahəsi alır, evi tikir. Onun nə suyu, nə qazı, nə yolu, nə də metrosu yoxdur”.

Tarix: 8 Noyabr 2019 / 11:10
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Novruz Məmmədova bu gün vəzifə veriləcək

Bakının bu qəsəbəsində su olmayacaq

Hacıqabulda evakuator "KamAZ"la toqquşub

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

ABŞ üç ölkəyə qarşı sanksiya tətbiq etdi

Bəslədiyi buğa müəllimi öldürdü - FOTO

Eldar Əzizov direktoru işdən çıxardı

Bakıda evlərdən oğurluq edən qadın tutulub - FOTO

İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında- Foto- (YENİLƏNİB)

Üç avtobus toqquşdu: 11 ölü, 25 yaralı - FOTO

Avtomobil şəhərin ortasında qaynar suya batdı: Ölənlər var - VİDEO

Cəfər Cabbarlı həftəsi keçiriləcək

Erməni silahlı bölmələri atəşkəsi pozub

Abşeronda bir evi 3 dəfə qarət edən dəstə tutulub

Sərnişin avtobusu TIR-la toqquşdu: 2 ölü, 20 yaralı - FOTO

Sabirabadda fərdi yaşayış evi yanıb

Pulsuz ərzağa görə uşaqlar əzildi - Video

Narın daha bir faydası üzə çıxdı – Damarları tıxananlar oxusun

Menyular

Bağla