Azərbaycan alimi ikiarvadlılığı dəstəklədi: Tənqid edildi - VİDEO

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Sabir Tağıyevin (Əlihüseynli) “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində səsləndirdiyi fikirlər qalmaqala səbəb olub.

Sözügedən verilişdə ikiarvadlılıq mövzusu ətrafında söhbət açılıb. Rusiyadan qızının atasının arxasınca gələn Svetlana adlı rus qadının ailə dramı müzakirəyə çıxarılıb. Svetlananın axtardığı Yusifin isə xalası qızı ilə evli olduğu ortalığa çıxıb. Ekspert qismində iştirak edən fəlsəfə doktoru S.Tağıyev verilişdə “Yusif Svetlananı ikinci arvad kimi alsın və bərabər mehriban yaşasınlar” deməsi tamaşaçılar tərəfindən etirazla qarşılanıb.

O, dilə gətirdiyi sözlərlə ikiarvadlılığı dəstəkləmiş olub. Canlı efirdə tamaçıların hay-küyünü görən alim ailəsi haqqında ağılları qarışdıracaq açıqlamalar verib:
“İki arvadla yaşayan azərbaycanlı kişilər az olub? Bu da bunlardan biri. Lap yaxşı, Allah xoşbəxt etsin. Mənim atamın iki arvadı olub. Mən ikinci arvaddan doğulan uşağam. Nə olub? Göydən daş düşməyib ki?”

Alimin bu sözləri proqramın aparıcısı Xoşqədəm Hidayətqızını heyrətləndirib. Sosial şəbəkə əhli isə fəlsəfə doktoru Sabir Tağıyevin bu fikirlərinin yanlış olduğunu yazaraq, onu tənqid ediblər./oxu.az

Tarix: 8 Noyabr 2019 / 10:59
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

“Lavrov İrəvana niyə getmişdi?"- Politoloq

Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan AÇIQLAMA

Metronun iki stansiyasının adı dəyişdiriləcək

XİN Sergey Lavrovun Ermənistandakı açıqlamasına münasibət bildirib

Mirşahin Əli İnsanovun oğurladığı qızılları və milyonları göstərdi - VİDEO

Qışda dondurma yeməyin FAYDALARI

Röya əməliyyatla bədənini yığdırdı

Bu qəzadır, yoxsa qətl? - VİDEO

Xətai rayonuna icra başçısı təyin olundu - Sərəncam

İspaniya Superkubokunun püşkü atılıb

“Taksi” avtodayanacaqda 5 maşına çırpıldı: 2 nəfər xəsarət alıb - VİDEO

Günay Musayeva Nyu-York küçələrini podiuma çevirdi - FOTO

Hava şəraitinin dəyişiləcəyi ilə bağlı XƏBƏRDARLIQ

Bir ailənin yox olması və 7 nəfərin də yaralanması ilə nəticələnən qəzanınVİDEOsu

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatıb - SİYAHI

Prezident İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər -Foto

Sabirabadda qoyun oğruları saxlanılıb

Toy karvanında havaya atəş açan gənc saxlanıldı

Menyular

Bağla