APOEL-in baş məşqçisi: "Gəlin, şənlənək"

“Futbolçularıma görə çox şadam. Çünki 0:1 hesabı ilə uduzanda da onlarda mübarizə əzmini gördük”. APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll deyib. Almaniyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qarabağ”la oyunundan sonra 2:1 hesablı qələbəyə şərh verib: “Bunadək APOEL “Qarabağ”la üç dəfə qarşılaşmışdı. Mən baş məşqçi olmamışdan bu stadionda 1:2 hesabı ilə uduzmuşdu. Sonrakı matçlarda isə 2 qələbə və 1 heç-heçəmiz var. Bilirik ki, daha yaxşı oynaya bilərik”. Kiprdə mətbuat və futbol ictimaiyyəti ilə ciddi problemləri olan T.Doll ilk yarıdakı məzmunsuz oyunla bağlı sərt suala cavab verməkdən imtina edib: “Bu haqda sizinlə danışmaq istəmirəm”. T.Doll bərabərlik qolunun vaxtında vurulmasına sevindiyini qeyd edib: “Əlbəttə, bərabərlik qolu zamanında gəldi. Təbii ki, bütün qarşılaşma boyu daha yaxşı oynamalı idik. Amma gəlin müsbət məqamlardan danışaq. Dortmund “Borussiya”sı 0:2-dən geridönüş etdi. Futbolçular üçün şadam. Çox çətin görüş idi. Kiprin yeganə komandası bizik. Gəlin, şənlənək. Futbolçular ürəklə oynadılar”. T.Doll jurnalistlərlə probleminin həlli üçün də addım atıb: “Oyun barədə başqa heç nə demirəm. Amma sonuncu dəfə jurnalistlərə qarşı hörmətsizlik etdiyim üçün üzr istəyirəm. Siz də məni başa düşün. Bizim işimiz ağırdır. Sözlərimə görə bağışlayıb və bu qələbəni bayram edin”.
Tarix: 8 Noyabr 2019 / 00:58
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

“Lavrov İrəvana niyə getmişdi?"- Politoloq

Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan AÇIQLAMA

Metronun iki stansiyasının adı dəyişdiriləcək

XİN Sergey Lavrovun Ermənistandakı açıqlamasına münasibət bildirib

Mirşahin Əli İnsanovun oğurladığı qızılları və milyonları göstərdi - VİDEO

Qışda dondurma yeməyin FAYDALARI

Röya əməliyyatla bədənini yığdırdı

Bu qəzadır, yoxsa qətl? - VİDEO

Xətai rayonuna icra başçısı təyin olundu - Sərəncam

İspaniya Superkubokunun püşkü atılıb

“Taksi” avtodayanacaqda 5 maşına çırpıldı: 2 nəfər xəsarət alıb - VİDEO

Günay Musayeva Nyu-York küçələrini podiuma çevirdi - FOTO

Hava şəraitinin dəyişiləcəyi ilə bağlı XƏBƏRDARLIQ

Bir ailənin yox olması və 7 nəfərin də yaralanması ilə nəticələnən qəzanınVİDEOsu

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatıb - SİYAHI

Prezident İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər -Foto

Sabirabadda qoyun oğruları saxlanılıb

Toy karvanında havaya atəş açan gənc saxlanıldı

Menyular

Bağla