DİN-dən Tofiq Yaqublunun səhhəti ilə bağlı - Açıqlama

“Hazırda inzibati həbsdə olan Tofiq Yaqublu özünü pis hiss etməsi və həkimə ehtiyacı olması ilə bağlı müraciət edib”. 

Bunu Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin onun vəziyyəti ilə bağlı sosial şəbəkələrdə yayılmış açıqlamasına dair APA-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. O qeyd edib ki, mövcud təlimatın tələblərinə görə, inzibati həbsdə olan və həkimin köməyinə ehtiyacı olan şəxslər Daxili İşlər Nazirliyinin Hospitalına aparılır və orada müayinədən keçirilirlər:

“Bu gün Tofiq Yaqublu da özünü yaxşı hiss etməməsi, ağrılarının olması ilə bağlı müraciət edib. Ona görə də o, DİN-in Hospitalına aparılıb. T. Yaqublu orada bütün müvafiq müayinələrdən keçirilib, onda heç bir patoloji hal aşkar edilməyib. Bütün müayinələrin protokolları ona təqdim olunub, özü də imzalayıb. Müayinələrdən sonra Tofiq Yaqublu yenidən inzibati həbs yerinə qaytarılıb”.

Ehsan Zahidov bildirib ki, Tofiq Yaqublu DİN-in Hospitalındakı həkimlərin müayinəsinə inanmasa, inzibati həbsi başa çatandan sonra istənilən xəstəxanaya gedib yenidən müayinələrdən keçə bilər. /qafqazinfo

Tarix: 21 Oktyabr 2019 / 20:05
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

“Lavrov İrəvana niyə getmişdi?"- Politoloq

Beş gün dərs olmayacaq

Türkandan Pərvizin ayrılıq açıqlamasına CAVAB - Video

Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan AÇIQLAMA

Bakıda AMANSIZ QƏTL: Qız üstündə kişinin başına daşla döyə-döyə öldürdülər- TƏFƏRRÜAT

Elmar Məmmədyarov: "Artıq sənədlər masanın üstündədir"

Qazaxda toy karvanında silahdan atəş açıldı - VİDEO

XİN Sergey Lavrovun Ermənistandakı açıqlamasına münasibət bildirib

Lavrov İrəvanda qondarma "erməni soyqırımı" abidəsini ziyarət edib

Qışda dondurma yeməyin FAYDALARI

Mirşahin Əli İnsanovun oğurladığı qızılları və milyonları göstərdi - VİDEO

Türkiyə irimiqyaslı hərbi-dəniz təlimlərinə başladı

Büdcədən qrantlara ayrılacaq məbləğ açıqlandı

İranın tarixində ikinci ən böyük neft yatağı kəşf edildi

Sabahın havası açıqlanıb

Bu qəzadır, yoxsa qətl? - VİDEO

Ronaldo ilə baş məşqçi arasında GƏRGİNLİK: əvəzlənməsinə etiraz etdi - VİDEO

Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Menyular

Bağla