XİN avrokomissarın bəyanatına münasibət bildirib

"Gənc demokratik ölkə olan Azərbaycanda insanların bütün hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq hüququ təmin olunub".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Avropa Şurası insan hüquqları üzrə komissarının bəyanatını şərh edərkən bildirib. "Vurğulamaq istərdim ki, bir qrup insanın sərbəst toplaşmaq hüququ digər qrup insanların hüquqlarının pozulması hesabına təmin oluna bilməz.
Bunu hamıdan yaxşı Avropa Şurasının İnsan hüquqları Komissarının bilməsi gərəkdir. Oktyabrın 19-da bir qrup şəxsin mitinq keçirmək müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən bu mitinqin keçirilməsi üçün Bakı şəhərində digər ərazi müəyyən edilmişdir.

Mitinq müraciəti edən şəxslər qəsdən toqquşma yaratmaq məqsədilə şəhərin mərkəzi küçələrinə axışmağa cəhd etmişlər və hüquq mühafizə orqanları bu qanunsuz aksiyanın qarşısını almağa məcbur olmuşdur. Polis kübar və mədəni davranış nümayiş etdirib və heç kim ciddi xəsarət almamışdır. Aksiyada iştirak edənlərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılmışdır, digər şəxslərlə bağlı isə işlərinə müvafiq qaydada baxılıb qərar qəbul ediləcək", - deyə o qeyd edib.

L.Abdullayeva vurğulayıb ki, komissarın bəzi Avropa ölkələrində nümayişçilərə qarşı rezin güllələrdən və həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirməsi yaxşı olardı: "Bəzi təşkilatların məsələnin mahiyyətinə varmadan, müvafiq rəsmi qurumların mövqeyini öyrənmədən tələsik şəkildə əsassız bəyanatlarla çıxış etməsi hər hansı bir şəkildə faydalı adlandırıla bilməz, əksinə Azərbaycana münasibətdə ikili standartların tətbiq edilməsi kimi qiymətləndirilməlidir. Bir daha vurğulayıram ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları təmin olunur və ölkənin hüquq mühifazə orqanlarının əsas vəzifəsi məhz bu azadlıqların keşiyində durmaqdır".

Tarix: 21 Oktyabr 2019 / 19:39
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

“Lavrov İrəvana niyə getmişdi?"- Politoloq

Beş gün dərs olmayacaq

Türkandan Pərvizin ayrılıq açıqlamasına CAVAB - Video

Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan AÇIQLAMA

Bakıda AMANSIZ QƏTL: Qız üstündə kişinin başına daşla döyə-döyə öldürdülər- TƏFƏRRÜAT

Elmar Məmmədyarov: "Artıq sənədlər masanın üstündədir"

Qazaxda toy karvanında silahdan atəş açıldı - VİDEO

XİN Sergey Lavrovun Ermənistandakı açıqlamasına münasibət bildirib

Lavrov İrəvanda qondarma "erməni soyqırımı" abidəsini ziyarət edib

Qışda dondurma yeməyin FAYDALARI

Mirşahin Əli İnsanovun oğurladığı qızılları və milyonları göstərdi - VİDEO

Türkiyə irimiqyaslı hərbi-dəniz təlimlərinə başladı

Büdcədən qrantlara ayrılacaq məbləğ açıqlandı

İranın tarixində ikinci ən böyük neft yatağı kəşf edildi

Sabahın havası açıqlanıb

Bu qəzadır, yoxsa qətl? - VİDEO

Ronaldo ilə baş məşqçi arasında GƏRGİNLİK: əvəzlənməsinə etiraz etdi - VİDEO

Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Menyular

Bağla