Azərbaycanda Türkiyə təcrübəsinin geniş tətbiqinə başlanılır

Cari ilin 09- oktyabr -2019 oktyabr tarixində Türkiyə Sənaye və Texnologiyalar Nazirinin müavini Hasan Büyükdədə və Türk Standartları İnstitutunun sədri Adəm Şahinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Səfər ərzində nümayəndə heyəti ölkəmizdə isthsal olunan, idxal və ixrac olunan oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması ilə məşğul olan “Azesert” Sertifikatlaşdırma Orqanı və "İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş"-nin Azerbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirib.

Tədbiri salamlama ilə açan “Azesert” Sertifikatlaşdırma Orqanı və "İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş"-nin Azerbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Teymuraz Əsgərov bildirib ki, standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsidir. O, Azərbaycanda azad sahibkarlıq üçün qurulan münbit şəraitdən, ölkəmizdə istehsal olunan məhsulların yerli və beynəlxalq standartlara uyğun istehsalından, məhsulların dünya bazarına ixracından və tətbiq edilən standartlaşdırma sistemindən danışıb. O həmçinin rəhbərlik etdiyi qurum haqqında məlumat verərək bildirib ki, “Azesert” Sertifikatlaşdırma Orqanı ölkənin keyfiyyət infrastukrutunun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən ən nüfuzlu sertifikatlaşdırma orqanlarından biridir və sertifikatlaşdırma orqanları arasında ən geniş akkreditasiya sahəsinə malik olan qurumdur.

AZESERT Sertifikatlaşdırma Orqanı İCAS ilə birlikdə "İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş"-nin Azerbaycan Respublikasındakı Nümayəndəliyini yaradıblar. O, həmçinin bildirib ki bu qurumun yaradılması nəticəsində Azərbaycanda istehsal olunan məhsullar maneəsiz TSE-nin laboratoriyalarında yoxlanılaraq sertifikatlaşdırılacaq ki, bu da Azərbaycan məhsulunun dünya bazarına çıxması deməkdir.

Qurum rəhbəri həmçinin ölkəmizdə neft-kimya məhsullarının sınağının aparılması üçün beynəlxalq standartlara cavab verən laboratoriyanın da inşa ediləcəyini bildirib. Türkiyə Sənaye və Texnologiyalar nazirinin müavini Həsən Böyükdədə çıxış edərək Azərbaycana səfərindən məmnun qaldığını bildirib, Azərbaycan və Türkiyə arasında olan iqtisadi münasibətlərin daha da genişləndiriləcəyindən əmin olduğunu bildirb. Sonra çıxış edən Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) rəhbəri Adəm Şahin yeni yaradılacaq “İntersert” sertifikatlaşdırma orqanı haqqında məlumat verərək bildirib ki, bu orqan Türkiyə və beynəlxalq standartların Azərbaycanda tətbiqinin genişləndirilməsində mühim rol oynayacaq və nəticədə TSE-nin 65 illik təcrübəsi İCAS vasitəsilə Azərbaycanda geniş tətbiq ediləcək.

Görüş zamanı TSE-nin geniş təcrübəsindən yararlanmaq, hər iki ölkənin sertifikatlaşdırma orqanları arasında əlaqələrin genişləndirilməsi, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb. Tədbirdə həmçinin Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Türkiyə iş adamları və başqa qonaqlar iştirak edib. ​​
Tarix: 9 Oktyabr 2019 / 18:58
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Müəllimlərin işə qəbulunda DƏYİŞİKLİKLƏR edilir

Abşeronda “İkoş” ləqəbli qadın narkotacir tutulub - FOTO

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

Azərbaycanda DƏHŞƏTLİ QƏZA- QHT sədri öldü

İlkinin atası: “Polis dedi Nərminə təcavüz edilib” - VİDEO

Bakıda qayınana yeznəni döyüb

Bu ay pensiyalarda növbəti artım olacaq - Nazirdən ŞAD XƏBƏR

Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb

“İlhamə Quliyeva dedi ki, haqqını halal elə”

Ermənilər atəşkəs rejimini 23 dəfə pozub

“Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb -FOTO

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək

Sabah Bakıda yağış, bəzi rayonlarda qar yağacaq

Bərdədə mikroavtobus süpürgəçini vuraraq öldürüb

İtaliyada azərbaycanlı tələbə itkin düşüb

Neft yenidən bahalaşıb

Sahil Babayev: “Bu il müharibə əlilləri və şəhid ailələrinə daha 1500 mənzil veriləcək”

Bakıda azyaşlını döyən müəllim işdən çıxarılıb - RƏSMİ

Menyular

Bağla