Beyləqanda döyülərək yol kənarına atılan 18 yaşlı qız xəstəxanada öldü

Beyləqan rayonunda döyülərək yolun kənarına koma vəziyyətində atılan qız ölüb.

Bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, oktyabrın 8-də ağır vəziyyətdə xəstəxanaya gətirilən, rayonun Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı bu gün xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib.

Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib.

Qızda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qızda komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib./trend

Tarix: 9 Oktyabr 2019 / 14:28
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Bakıda DƏHŞƏTLİ QƏTL: kürəkən arvadını və qayınanasını bıçaqlayaraq yandırıb

Bakıda yol polisini avtomobil vurub

Prezident İlham Əliyev: "Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"

Prezident: “İqtidarda olan bəziləri islahatlara qarşı çıxır”- Video

Azərbaycan Prezidenti: “Şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar”

"Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır

Sumqayıtda qızıl oğruları tutulub

Tovuzda iki avtomobil toqquşub

Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı

Nazir: "Gələn il pensiyalar yenidən artırılacaq"

Ermənilər atəşkəsi minaatanlarla 20 dəfə pozdu

Balakəndə 1 ton qarğıdalı və 1 ton xurma yanıb

Yevlaxda yol qəzası baş verib

Bərdədə “Mercedes” dörd camışı vurub öldürdü

2020-ci ildən Azərbaycanda müəllimlərin sertifikasiyasına başlanacaq

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb

Bakıda gəlin və anasının öldürüldüyü dəhşətli qətlin TƏFƏRRÜATLARI

Nazirdən vahid məktəbli forması ilə bağlı - AÇIQLAMA

Menyular

Bağla