Sabahın hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 21-23, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında gündüz saatlarında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Tarix: 9 Oktyabr 2019 / 13:06
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Yol polisinin 7 dəfə dönmə əməliyyatı aparmasının səbəbi -AÇIQLANIB- VİDEO

Azərbaycan bu polis zabitindən DANIŞIR -FOTO

Nəhəng avtomobil istehsalçıları işçilərini Çindən geri çağırır

Türkiyədə 4.8 bal gücündə zəlzələ oldu

Özünü Qarabağ kanalına atan qadının meyiti axtarılır - Yenilənib

Səhiyyə Nazirliyi: Çin restoranlarına getməyin

"Tottenhem"in futbolçusu "İnter"ə keçib

Türkiyədə daha bir zəlzələ oldu

Allahşükür Paşazadəyə medal təqdim olunub

Məşhur meyxanaçının ürəkdağlayan görüntüləri: Bir ildir ki, yataq xəstəsidir - Video

“Doğmalarımı yoluxdurmamaq üçün...” - Çində təhsil alan azərbaycanlı tələbə

Kimsəsiz küçələr, boş marketlər, maskalı insanlar - Uhandan son fotolar

Masallıda yeni çay plantasiyaları salınıb - Foto

Gigiyena və Epidemiologiya Mərkəzi Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görür

“Samsung” koronavirusun təsiri altında olan şəhərlərdəki müəssələrini bağlayır

Rusiyada deputat və həyat yoldaşı öldürülüb

Uhan şəhərinin meri istefa vermək niyyətindədir

Egey dənizinin Yunanıstan sahillərində zəlzələ baş verib

Menyular

Bağla