Bakıda piket zamanı şəhər təsərrüfatına ziyan vurulub - Foto

Özlərini demokratik qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyasının razılaşdırılan piketi paytaxtın mərkəzində kütləvi hüquq pozuntuları ilə müşayiət olunub.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, piket ərəfəsində təşkilatçılara tədbirin qanunvericilik tələblərinə uyğun keçirilməsi ilə bağlı edilən rəsmi xəbərdarlıqlara baxmayaraq, piket iştirakçıları qanunun tələblərini pozmaqla yanaşı, razılaşdırılan xüsusatlardan kənar, “piketə dəstək” adı altında qanunsuz çağırışlar etməklə, daha çox tərəfdarın cəlb olunmasına çalışıblar. Nəticədə sıxlığın, gediş-gəlişin, nəqliyyat axının intensiv olduğu mərkəzi küçələrdə qeydə alınan hüquqazidd əməllər hərəkətin iflic olmasına, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranmasına səbəb olub, ətrafdakı insanlara qarşı kobudluq və polisi qarşıdurmaya çəkmə cəhdləri baş verib.

Baş verənlər, qeydə alınanlarla yanaşı, paytaxtın mərkəzi küçələrində şəhər təsərrüfatına ziyan vurulub, kommunal xidmətlərin tullantı qutuları dağıdılıb, antisanitariya normaları pozulub. Küçə yürüşünə cəhd zamanı müşahidə olunanlar onu deməyə əsas verir ki, təşkilatçılar “piketə dəstək” adı altında qanunsuz çağırışları ilə iştirakçıların hüquqazidd əməllərinə zəmin yaradıblar. Bu əməllər, onunla nəticələnib ki, iştirakçılar paytaxt küçələrində bir saat ərzində intizamsızlıq nümayiş etdirməklə, acınacaqlı durum yaradıblar.

Piket iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb olunan polis əməkdaşları ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək, insanların hüquqlarını təmin etmək üçün üzərlərinə düşən vəzifələri qanunverciliyə müvafiq olaraq peşəkarlıqla təmin edib./trend

 

Tarix: 9 Oktyabr 2019 / 12:41
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Bakıda DƏHŞƏTLİ QƏTL: kürəkən arvadını və qayınanasını bıçaqlayaraq yandırıb

Bakıda yol polisini avtomobil vurub

Prezident İlham Əliyev: "Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"

Prezident: “İqtidarda olan bəziləri islahatlara qarşı çıxır”- Video

Azərbaycan Prezidenti: “Şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar”

"Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır

Sumqayıtda qızıl oğruları tutulub

Tovuzda iki avtomobil toqquşub

Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı

Nazir: "Gələn il pensiyalar yenidən artırılacaq"

Ermənilər atəşkəsi minaatanlarla 20 dəfə pozdu

Balakəndə 1 ton qarğıdalı və 1 ton xurma yanıb

Yevlaxda yol qəzası baş verib

Bərdədə “Mercedes” dörd camışı vurub öldürdü

2020-ci ildən Azərbaycanda müəllimlərin sertifikasiyasına başlanacaq

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb

Bakıda gəlin və anasının öldürüldüyü dəhşətli qətlin TƏFƏRRÜATLARI

Nazirdən vahid məktəbli forması ilə bağlı - AÇIQLAMA

Menyular

Bağla