Bu gün 4 rayonda qaz olmayacaq

Oktyabrın 9-da səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin “Ərəblinka” orta təzyiqli qaz xəttində aparılacaq sazlama işləri ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, saat 10:00-dan eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək. Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 may qəsəbələrində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bu gün saat 10:00-dan “Qaz İxrac” İdarəsinin “Qarabağ” ölçü qovşağı üzrə aşkarlanan qaz sızmalarının aradan qaldırılmasına başlayıb. Bu müddət ərzində Yevlax rayon mərkəzinin bir hissəsi və bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Saat 11:30-dan isə “Altıağac-Ağsu” magistral qaz kəmərində aparılacaq profilaktik işlər ilə bağlı Şamaxı rayonunun bir neçə kəndinin qaz təminatında fasilələr yaranacaq./trend

 

Tarix: 9 Oktyabr 2019 / 10:29
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Azərbaycanlı aktrisa elə klip çəkdirdi ki... - VİDEO

Hacıbala Abutalıbov vəzifədən azad edildi

Mingəçevirdə yeni doğulan körpə ölüb

Naxçıvanda energetika sahəsində çalışan şəxslər təltif edilib - SƏRƏNCAM

Bakıda sərnişin avtobusu qadın piyadanı vurub

Sabirabadda keçmiş kürəkən qayınanasının qızıllarını oğurladı

Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib -Sərəncam

XİN avrokomissarın bəyanatına münasibət bildirib

İran Prezidenti Bakıya gəlir

DİN-dən Tofiq Yaqublunun səhhəti ilə bağlı - Açıqlama

Prezident Baş nazirin müavinini vəzifədən azad edib

Bakıda gənc qızı avtomobil vurub

Bakıda 11 yaşlı oğlan anasından İMTİNA ETDİ: "Elə ananı istəmirəm"- VİDEO

Şagirdlərin elektron yerdəyişməsi yenidən başladı

Aeroport yolunda telefonla oynayan sürücü ağır qəza törətdi - VİDEO

Xalq artistinin həyat yoldaşı vəfat etdi

Bakıda “Mercedes”lə “Kia” markalı avtomobillər toqquşub

Qubada avtomobil qaçıran şəxs saxlanılıb- Foto

Menyular

Bağla