Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir

Bu gün Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb.

Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edir. Tədbirdə BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edirlər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb:
“Amerikanın müəyyən ştatlarının, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Keniya, Makedoniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar. O vaxtdan indiyə qədər quruma üzv ölkələrdə tədbirlər keçirir və jurnalistlərin qarşılaşdığı problemlər, informasiya əldə etmələri ilə bağlı yaranmış maneələrin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir. Ümumilikdə dünyada medianın inkişaf meylləri müzakirə olunur".

Ə.Amaşov bildirib ki, bu gün Azərbaycana 15-dən çox ölkədən qonaqlar gəlib və digər ölkələrdən də qonaqlar gələcək.
Qeyd edək ki, iştirakçılar tədbirdə öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər.

Tarix: 12 Sentyabr 2019 / 10:43
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Xəbərdarlıq: Bakıya qar yağacaq

Məzahir Pənahov: Elə namizədlər var ki, qəsdən sənədlərini düzgün təqdim etmirlər

Deputatlığa namizədlərin sayı 1542-ə çatıb

Gəncə sakinindən silah götürülüb - Foto

Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var -Foto

Almeydanın yeni klubu bəlli olub

Müəllimlərin işə qəbulunda edilən dəyişikliklərin detalları açıqlanıb - Video

Naməlum koronavirus bu ölkəyə də çatdı

Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub - Foto

Prezident İlham Əliyevin Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşüb -Foto

Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb

Gürcüstan hökuməti ən böyük vəsaiti müsəlman icmasına ayırıb

Azərbaycanda pensiyaçıların sayı açıqlanıb

Ekoloji qanunvericiliyi pozan 868 nəfər cərimə olunub

Azərbaycan Prezidenti Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - FOTO

Kirayə mənzillərin minimal aylıq ödənişi açıqlanıb

Bakıda mənzildən meyit tapılıb

Sabirabadda 66 yaşlı kişini avtomobil vurub

Menyular

Bağla