Məktəblinin intiharında təqsirləndirilən direktorun məhkəməsi başlayır

Bu il aprelin 4-də təhsil aldığı 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayır.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb.

İddialara görə, E.Hacıyevanın özünü atmasından sonra bir müddət sağ qalıb və məktəbin direktoru bu hadisənin üstü açılmasın deyə təcili yardım çağırılmasına maneə olub, eyni zamanda, hüquq-mühafizə orqanlarına da məlumat verilməyib. Bunun əvəzinə hadisə yerinə Səbail Rayon İcra başçısının müavini Xalidə Byramova çağırılıb. X.Bayramova direktor S.Abbasovanın rəfiqəsidir.

Baş Prokurorluğun açıqlamasında qeyd edilmişdi ki, istintaq zamanı E.Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilib.

Bu hallarla bağlı araşdırmadan sonra hansı nəticəyə gəlindiyi, istintaqın hansı qərarlar verdiyi məhkəmənin baxış iclasında ittiham aktı elan olunan zaman bəlli olacaq./qafqazinfo

Tarix: 12 Sentyabr 2019 / 09:20
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Taksi sürücüsü piyada keçidində yaşlı kişini vurub öldürdü- VİDEO

Bakıda ər keçmiş arvadının üzərinə benzin töküb YANDIRDI

Аzərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda 2019-2020-ci tədris ili başlayıb

Bu gün 4 rayonun qaz təchizatı dayandırılacaq

Bu gün Azərbaycanda TV və radio işləməyəcək

AzTV-nin loqosu dəyişdi- Foto

Nigar Camalla Oksana Rəsulova elə rəqs etdilər ki... - VİDEO

Metronun qarşısında ATIŞMA - Yaralılar var

"Sevilya"nın baş məşqçisi: “Qarabağ”la qarşılaşmada bizə çox çətin olacaq”

Səudiyyə Ərəbistanının neft hasilatının azaltması nefti kəskin bahalaşdırıb

Azərbaycanın “Avroviziya-2020”-də iştirakı rəsmən təsdiqlənib

"Qarabağ" - "Sevilya" matçının hakimləri bəlli olub

XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə tədbir keçirib

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Şəkidə tələbə attraksiondan yıxılıb xəstəxanalıq oldu

Dünya çempionatının püşkü atıldı

Menyular

Bağla