PA-nın şöbə müdiri: "Bəzi şəhər və rayonlardan bu barədə narazılıqlar hələ də var”

 “Bəzən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılmasında nöqsanlara yol verilir”

 “Son illər dövlət orqanlarının bir çoxunda vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin xeyli təkmilləşdirilməsinə, onları narahat edən problemlərin əsasən həll olunmasına baxmayaraq, bəzi şəhər və rayonlardan bu barədə narazılıqlar hələ də var”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib.
Şöbə müdiri qeyd edib ki, 2016-cı ilin birinci yarısında da Prezident Administrasiyasına belə müraciətlər daxil olub: “Onların hər biri diqqətlə öyrənilir, yaranma səbəbləri araşdırılır və müvafiq tədbirlər görülür".
O bildirib ki, vətəndaşların müraciətləri ilə bağlı qanunvericilik bazasına edilən dəyişikliklər reallıqdan doğan zərurətdən irəli gələrək, bu sahədə olan problemlərin həllinə xidmət edir: “Məhz Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin ətraflı araşdırılması, orada qaldırılan məsələlərin və onların yaranma səbəblərinin diqqətlə öyrənilməsi göstərir ki, bəzən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulu və müraciətlərinə baxılması işində qeyd edilən nöqsanlara yol verilir.
Bu müraciətlərin təhlilindən aydın olur ki, vətəndaşları daha çox narahat edən bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qarşılaşdıqları bürokratik əngəllər, onların problemlərinə laqeyd yanaşılması, müraciətlərinə cavab verilməməsi kimi hallardır. Bəzən də vətəndaşlar Prezident Administrasiyasına müraciət edərək mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbul olunmalarına kömək göstərilməsini xahiş edirlər. Bu da həmin orqanlarda qəbula düşmək istəyən vətəndaşın müəyyən çətinliklərlə üzləşməsindən irəli gəlir”.

Tarix: 13 İyul 2016 / 17:34
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Bakıda DƏHŞƏTLİ QƏTL: kürəkən arvadını və qayınanasını bıçaqlayaraq yandırıb

Bakıda yol polisini avtomobil vurub

Prezident İlham Əliyev: "Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"

Prezident: “İqtidarda olan bəziləri islahatlara qarşı çıxır”- Video

Azərbaycan Prezidenti: “Şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar”

"Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır

Sumqayıtda qızıl oğruları tutulub

Tovuzda iki avtomobil toqquşub

Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı

Nazir: "Gələn il pensiyalar yenidən artırılacaq"

Ermənilər atəşkəsi minaatanlarla 20 dəfə pozdu

Balakəndə 1 ton qarğıdalı və 1 ton xurma yanıb

Yevlaxda yol qəzası baş verib

Bərdədə “Mercedes” dörd camışı vurub öldürdü

2020-ci ildən Azərbaycanda müəllimlərin sertifikasiyasına başlanacaq

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb

Bakıda gəlin və anasının öldürüldüyü dəhşətli qətlin TƏFƏRRÜATLARI

Nazirdən vahid məktəbli forması ilə bağlı - AÇIQLAMA

Menyular

Bağla