Azərbaycanlı futbolçunu öldürən erməni idmançıya hökm oxunub

Rusiyanın Yekaterinburq şəhər Məhkəməsi azərbaycanlı sabiq futbolçu Emil Hüseynovu qətlə yetirən qarışıq döyüş (MMA) üzrə idman ustalığına namizəd Tiqran Çiçakyana hökm oxunub. "Report"un məlumatına görə, erməni idmançı 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Qeyd edək ki, Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində 2015-ci il aprelin 19-da ermənilərlə dava zamanı bıçaqlanıb. Hüseynov futbolçu karyerası ərzində "Neftçi", fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Abşeron"un da 2011-ci ildə dağılmasından sonra həmyerlimiz futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. O, 28 yaşında ikən dünyasını dəyişib. 

Tarix: 13 İyul 2016 / 15:59
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Bakıda DƏHŞƏTLİ QƏTL: kürəkən arvadını və qayınanasını bıçaqlayaraq yandırıb

Bakıda yol polisini avtomobil vurub

Prezident İlham Əliyev: "Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"

Prezident: “İqtidarda olan bəziləri islahatlara qarşı çıxır”- Video

Azərbaycan Prezidenti: “Şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar”

"Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır

Sumqayıtda qızıl oğruları tutulub

Tovuzda iki avtomobil toqquşub

Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı

Balakəndə 1 ton qarğıdalı və 1 ton xurma yanıb

Nazir: "Gələn il pensiyalar yenidən artırılacaq"

Ermənilər atəşkəsi minaatanlarla 20 dəfə pozdu

Yevlaxda yol qəzası baş verib

Bərdədə “Mercedes” dörd camışı vurub öldürdü

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb

2020-ci ildən Azərbaycanda müəllimlərin sertifikasiyasına başlanacaq

Bakıda gəlin və anasının öldürüldüyü dəhşətli qətlin TƏFƏRRÜATLARI

Nazirdən vahid məktəbli forması ilə bağlı - AÇIQLAMA

Menyular

Bağla