Dövlət Sosial Müdafiə Fonduna direktor təyin olundu

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən, Zakir Hadı oğlu Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
O bildirib ki, Z.Babayev 1951-ci ildə anadan olub. O, 1974-cü ildə indiki Azərbaycan Neft Akademiyasının Mühəndis-iqtisad fakultəsini iqtisadçı-mühəndis ixtisası üzrə bitirib. Həmin ilin avqustundan 1986-cı ilin yanvarınadək SSRİ Kimya və Neft Maşınqayırma Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Layihə Texnoloji Neft Maşınqayırma institutunda mühəndis, böyük mühəndis, plan-istehsalat şöbəsinin müdiri, sonralar Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatında iqtisadi şöbənin böyük referenti, baş mütəxəssis vəzifələrində çalışıb. 1993-cü ilin yanvarın 12-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Şöbə müdiri əlavə edib ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun müavinləri vəzifələrinə təyin olunublar. Ə.Seyidzadə və S.Xıdırov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, S.Mehdiyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 18 mart 2016-cı il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.
Dövlət başçısının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 24 iyun 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə” təsdiq edilib. Əsasnamənin 5.2-ci maddəsinə əsasən, Fonda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Fondun direktoru rəhbərlik edir.

Tarix: 13 İyul 2016 / 15:22
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Azərbaycanlı aktrisa elə klip çəkdirdi ki... - VİDEO

Hacıbala Abutalıbov vəzifədən azad edildi

Mingəçevirdə yeni doğulan körpə ölüb

Naxçıvanda energetika sahəsində çalışan şəxslər təltif edilib - SƏRƏNCAM

Bakıda sərnişin avtobusu qadın piyadanı vurub

Sabirabadda keçmiş kürəkən qayınanasının qızıllarını oğurladı

Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib -Sərəncam

İran Prezidenti Bakıya gəlir

XİN avrokomissarın bəyanatına münasibət bildirib

DİN-dən Tofiq Yaqublunun səhhəti ilə bağlı - Açıqlama

Prezident Baş nazirin müavinini vəzifədən azad edib

Bakıda gənc qızı avtomobil vurub

Bakıda 11 yaşlı oğlan anasından İMTİNA ETDİ: "Elə ananı istəmirəm"- VİDEO

Şagirdlərin elektron yerdəyişməsi yenidən başladı

Aeroport yolunda telefonla oynayan sürücü ağır qəza törətdi - VİDEO

Xalq artistinin həyat yoldaşı vəfat etdi

Qubada avtomobil qaçıran şəxs saxlanılıb- Foto

Bakıda “Mercedes”lə “Kia” markalı avtomobillər toqquşub

Menyular

Bağla