Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb

 Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov iyulun 13-də Belarusun müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonev ilə görüşüb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Belarusun nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını da ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. 
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Belarus generalı arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

N.Sadıkov vurğulayıb ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir, iki ölkə arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur: "Əminəm ki, sizin səfəriniz ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcəkdir. Belarus şirkətlərinin cari ilin sentyabrında Bakıda keçiriləcək "АDEX-2016" sərgisində iştirakı da ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə ikitərəfli işbirliyinin inkişafında mühüm rol oynayacaq". 
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan N.Sadıkov bildirib: "Uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Bu münaqişə regional sabitliyə əsas təhlükədir. İnanırıq ki, Belarus Respublikası bu münaqişənin nizamlanması məsələsində bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək". 
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər qeyd edilərək iki dövlətin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.
O.Belokonev Azərbaycan-Belarus münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb. 
İyulun 15-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyəti tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Hərbi Hava Qüvvələrinin aviasiya bazasının, Hərbi Dəniz Qüvvələrinin qərargahının, dəniz hazırlığı və dalğıc poliqonunun, eləcə də sülhməramlı qüvvələrin hərbi hissəsinin ziyarət olunması planlaşdırılır.

Tarix: 13 İyul 2016 / 14:24
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Azərbaycanlı aktrisa elə klip çəkdirdi ki... - VİDEO

Hacıbala Abutalıbov vəzifədən azad edildi

Mingəçevirdə yeni doğulan körpə ölüb

Naxçıvanda energetika sahəsində çalışan şəxslər təltif edilib - SƏRƏNCAM

Bakıda sərnişin avtobusu qadın piyadanı vurub

Sabirabadda keçmiş kürəkən qayınanasının qızıllarını oğurladı

Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib -Sərəncam

XİN avrokomissarın bəyanatına münasibət bildirib

İran Prezidenti Bakıya gəlir

DİN-dən Tofiq Yaqublunun səhhəti ilə bağlı - Açıqlama

Prezident Baş nazirin müavinini vəzifədən azad edib

Bakıda gənc qızı avtomobil vurub

Bakıda 11 yaşlı oğlan anasından İMTİNA ETDİ: "Elə ananı istəmirəm"- VİDEO

Şagirdlərin elektron yerdəyişməsi yenidən başladı

Aeroport yolunda telefonla oynayan sürücü ağır qəza törətdi - VİDEO

Xalq artistinin həyat yoldaşı vəfat etdi

Bakıda “Mercedes”lə “Kia” markalı avtomobillər toqquşub

Qubada avtomobil qaçıran şəxs saxlanılıb- Foto

Menyular

Bağla